Qəzzada həlak olan jurnalistlərin SAYI

Oxunma vaxtı:26 Saniyə

Qəzza bölgəsində 7 oktyabr 2023-cü ildən bəri davam edən hərbi əməliyyatlar nəticəsində həlak olan KİV əməkdaşlarının sayı 210 nəfərə çatıb.

Bu barədə xarici KİV-lərə  xəbər verir.

Məlumata görə, aprel ayının əvvəlindən bəri anklavın cənubunda yerləşən Xan-Yunist şəhərində KİV nümyəndələrinin olduğu düşərgənin vurulması nəticəsində bir jurnalist həyatını itirib, daha doqquzu isə yaralanıb.

Qeyd edək ki, HƏMAS-ın Qəzzada atəşkəs və əsirlərin mübadiləsi haqda Doha sazişinin ikinci mərhələsi üzrə danışıqlarda vasitəçilərin irəli sürdüyü şərtləri rədd etməsindən sonra İsrail bölgədə geniş miqyaslı hərbi əməliyyatlara başlayıb.

Loading

Next Post

Netanyahunun ABŞ-yə növbədənkənar səfəri – region üçün hazırlanan may sürprizləri - ŞƏRH

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-də növbədənkənar səfərdədir. Onu bu səfərdə hökumətin hərbi katibi general-mayor Roman Qofman da müşahidə edir. Baş nazir ABŞ-nin ticarət naziri Qovard Lütnik və ticarət üzrə komissarı Ceyms Qrirlə görüşüb. Onun aprelin 8-də İsrailə dönəcəyi planlaşdırılır. Məlumatlara əsasən, Binyamin Netanyahu səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla […]