UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq

Oxunma vaxtı:34 Saniyə

UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin “Liverpul” klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya)

İlk oyun – 2:0

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 0:2

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah yekun vurulacaq.

Loading

Next Post

Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,85 ABŞ dolları və ya 4,88 % artaraq 125,83 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 132,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]