Azərbaycan neftinin qiyməti 126 dollara yaxınlaşıb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,85 ABŞ dolları və ya 4,88 % artaraq 125,83 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 132,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,18 ABŞ dolları və ya 5,38 % artaraq 121,02 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Ombudsman monitorinqi: Bakıda əlillər üçün olan pandusların bir hissəsi standartlara uyğun deyil

Bakıda bir çox obyektlərdə quraşdırılmış bəzi pandus və rampalar standartlara uyğun deyil. Bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub. Bildirilib ki, sözügedən çətinlik səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib. Monitorinq zamanı Dənizkənarı Milli Park […]