Neftimizin qiyməti ucuzlaşdı

Oxunma vaxtı:22 Saniyə

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,1 % azalaraq 79,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 82.91 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Loading

Next Post

“Sabah” avrokuboklarda növbəti oyununa çıxır

“Sabah” FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.  Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın “Spiru” komandası ilə üz-üzə gələcək. Şarlerua şəhərindəki “Dome Şarlerua” arenasında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Qrupun digər oyunu Yunanıstanda, saat 21:15-də yerli “Marussi” və […]