Ombudsman monitorinqi: Bakıda əlillər üçün olan pandusların bir hissəsi standartlara uyğun deyil

Oxunma vaxtı:42 Saniyə

Bakıda bir çox obyektlərdə quraşdırılmış bəzi pandus və rampalar standartlara uyğun deyil.

Bu barədə Ombudsman Aparatının əlilliyi olan şəxslər üçün keçirdiyi müyəssərliyi ilə əlaqədar monitorinq hesabatında qeyd olunub.

Bildirilib ki, sözügedən çətinlik səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib.

Monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.

Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm, rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib. Eyni zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə saxlanılıb.

Monitorinqin nəticələri ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Loading

Next Post

Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.Qəbul aprelin 24-də olacaq. Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər. Qəbula yazılmaq […]