Türkiyə şirkəti ilə əczaçılıq sahəsində perspektivlər müzakirə edilib

Oxunma vaxtı:19 Saniyə

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb.

Bu barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq. Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyəti, görülmüş işləri və gələcək planları nəzərdən keçirdik”, – deyə M.Cabbarov əlavə edib.

Loading

Next Post

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib

2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.Nazirlər Kabineti bu barədə qərar verib. 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib. Həmin günlər iş günü hesab edilmir.