COP29-a görə VAR Mərkəzi fəaliyyətini dayandırdı

Oxunma vaxtı:27 Saniyə

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 1 yanvar 2025-ci ildək fəaliyyətini dayandırıb.

Bu səbəbdən 2024/2025 mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. 

Hazırda isə AFFA-nın balansında yalnız 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.

Milli Assosiasiya ötən mövsümlərdə olduğu kimi, ölkə çempionatının və kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacağını qeyd edib.

Loading

Next Post

Bakı-Sumqayıt yolunda 2 avtobus toqquşdu - Ölən və yaralananlar var - Yenilənir

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.Qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Məlumata görə, 29 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobusla toqquşub, 10 dan çox yaralının olduğu bildirilir. *** Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı 1 nəfər ölüb, 18 […]