Premyer Liqa: “Şamaxı” “Qarabağ”ı, “Neftçi” “Qəbələ”ni qəbul edir

Oxunma vaxtı:52 Saniyə

“Qarabağ” və “Neftçi” komandaları Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.

Ağdam təmsilçisi XIX turda “Şamaxı”nın qonağı olacaq.

Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Meydan sahibləri 23 xalla 8-ci, Ağdam klubu 39 xalla ikinci pillədə qərarlaşıb.

Turun son matçında “Qəbələ” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 24 xallla 7-ci, qonaqlar 14 xalla 10-cu sıradadır.

Misli Premyer Liqası

II dövrə, XIX tur

14:30. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Yavər Rəhimov.

Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Elvin Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“Palms Sports Arena”

Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində “Sabah” “Araz-Naxçıvan”ı (4:1), “Zirə” “Sumqayıt”ı (3:2), “Turan Tovuz” “Karvan-Yevlax”ı (1:0) üstələyib, “İmişli” – “Kəpəz” görüşündə isə hesab açılmayıb.

Loading

Next Post

Deputatlar 12 məsələnin müzakirəsinə TOPLAŞIRLAR

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. 1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında […]