Putin və Zelenskinin yaxın vaxtlarda görüşü nəzərdə tutulmur

Oxunma vaxtı:25 Saniyə

Yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşü nəzərdə tutulmur.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin “NBC News” telekanalına bildirib.

“Putin Zelenski ilə sammit gündəliyi hazır olduqda görüşməyə hazırdır, lakin bu gündəlik ümumiyyətlə hazır deyil”, – o qeyd edib.

S.Lavrovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Ukrayna nizamlanması üzrə bir neçə bənd təklif edib. Onlardan bəziləri üzrə Rusiya müəyyən çeviklik göstərməyə razılaşıb. Ukrayna Prezidenti Vladimir Zelenski təkliflərlə razılaşmayıb.

Loading

Next Post

Ermənistan-Azərbaycan sərhədində zəlzələ

Ermənistan-Azərbaycan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:03-də Noyemberyan şəhərindən 19 kilometr cənubda, yerin 10 km dərinliyin qeydə alınıb.