Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci baş məşqçi ola bilər

Oxunma vaxtı:39 Saniyə

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər.

İndiyədək 16 mütəxəssis belə uğura imza atıb.

Cari mövsümün həlledici matçında “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir.

Azərbaycan Kubokunu qazanan baş məşqçilər

1. Qurban Qurbanov – 6

2. Mehman Allahverdiyev – 4

3. Agasəlim Mircavadov – 3

4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov – 2

8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev – 1.

Loading

Next Post

Ali Məhkəmə “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib

Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Qərar Ali Məhkəmədə baxılan cinayət işi üzrə verilib.  İşin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) […]