UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək

Oxunma vaxtı:55 Saniyə

UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək.

Turun bütün qarşılaşmaları bu gün baş tutacaq.

İngiltərənin “Çelsi” komandası səfərdə Yunanıstan təmsilçisi “Panatinaikos”la üz-üzə gələcək.

İtaliya təmsilçisi “Fiorentina” isə İsveçrədə “Sankt-Qallen”in qonağı olacaq. Türkiyənin “Başakşəhər” komandası Sloveniyada “Sele” ilə görüşəcək.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

II tur

24 oktyabr

18:30. “Vikinqur” (İslandiya) – “Serkl Brügge” (Belçika)

20:45. “Gent” (Belçika) – “Molde” (Norveç)

20:45. “Yurqorden” (İsveç) – “Vitoriya” (Portuqaliya)

20:45. APOEL (Kipr) – “Borats” (Bosniya və Herseqovina)

20:45. “Rapid” (Avstriya) – “Noa” (Ermənistan)

20:45. “Harts” (Şotlandiya) – “Omoniya” (Kipr)

20:45. “Sankt-Qallen” (İsveçrə) – “Fiorentina” (İtaliya)

20:45. “Panatinaikos” (Yunanıstan) – “Çelsi” (İngiltərə)

20:45. “Yagelloniya” (Polşa) – “Petrokub” (Moldova)

20:45. “Sele” (Sloveniya) – “Başakşəhər” (Türkiyə)

20:45. “Larne” (Şimali İrlandiya) – “Şemrok Rovers” (İrlandiya)

23:00. “Betis” (İspaniya) – “Kopenhagen” (Danimarka)

23:00. HJK (Finlandiya) – “Dinamo” (Minsk, Belarus)

23:00. “Olimpiya” (Sloveniya) – LASK (Avstriya)

23:00. TNS (Uels) – “Astana” (Qazaxıstan)

23:00. “Mlada Boleslav” (Çexiya) – “Luqano” (İsveçrə)

23:00. TSK (Serbiya) – “Legiya” (Polşa)

23:00. Pafos (Kipr) – “Haydenhaym” (Almaniya)

Qeyd edək ki, UEFA Konfrans Liqasının Liqa mərhələsində III turun oyunları noyabrın 7-də başlayacaq.

Loading

Next Post

Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və […]