Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Loading

Next Post

İlham Əliyev XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclasında iştirak edir

Kazan şəhərində XVI BRİCS Sammitinin “Outreach” / “BRİCS+” formatının ilk plenar iclası keçirilir. “Report”un Kazana ezam olunan müxbirinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.