Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib

Oxunma vaxtı:20 Saniyə

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.

Bu barədə “Report”a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri də keçirilib, saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Loading

Next Post

Qurban Qurbanov: "Ayntraxt"la oyun bizim üçün çox vacibdir"

UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir. Bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb: “Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. […]