Qurban Qurbanov: “Ayntraxt”la oyun bizim üçün çox vacibdir”

Oxunma vaxtı:25 Saniyə

UEFA Çempionlar Liqasındakı növbəti oyun “Qarabağ” üçün çox vacibdir.

Bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Çox vacib oyundur. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sakit matça hazırlaşmışıq. Az vaxtdan səmərəli istifadə etdik. Futbolçuları fiziki baxımdan hazırlamalı idik. Meydanda intizamlı kollektivlər görəcəyik”.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Loading

Next Post

Azərbaycan Prezidenti Davosda finlandiyalı həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşüb. “Report”un İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb. Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi […]