Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Oxunma vaxtı:35 Saniyə

Qızlara gəldikdə onların da medalçılar arasında olmalarına çox şadam. Bu, qızlar arasında da gənc nəslin güləşə böyük maraq göstərdiyindən xəbər verir.

Bunu aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən bildirib.

“Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm. Qızlar arasında medalçılar daha çox ola bilərdi, amma kiminsə bəxti gətirmədi. Ola bilər ki, hər hansı səhvlər də oldu, lakin bu mühümdür, çünki həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə bütün istiqamətlər Azərbaycanda uğurla inkişaf edir”, – dövlət başçısı qeyd edib.

Loading

Next Post

Paşinyan: Azərbaycanla Qarabağ, Bakı və digər yerlərə ermənilərin qayıdışını müzakirə etmirik

Biz Azərbaycanla Qarabağ, Bakı və digər yerlərdə yaşamış ermənilərin qayıdışı məsələsini müzakirə etmirik. Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib. “Çünki hər iki istiqamətdə aparılan müzakirələr mövcud vəziyyətə təxribatçı təsir göstərir”, — Baş nazir brifinq zamanı deyib. Paşinyan əlavə edib ki, “azərbaycanlıların da Ermənistana qayıdışı məsələsi […]