Yol polisi bayram günlərində səfərə çıxanlara müraciət edib

Oxunma vaxtı:34 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

– avtomobilin texniki sazlığını yoxlayın;
– günün erkən saatlarında yola çıxın;
– sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠
– təhlükəsizlik kəmərindən istifadə edin;
– sürət həddini yol və hava şəraitinə uyğun seçin;
– ötmə və manevr qaydalarına uyğun davranın;
– diqqət yayındıran bütün hallardan çəkinin.⁠

Loading

Next Post

Biləsuvar və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Biləsuvar və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan verilən məlumata görə, dekabrın 30-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 mVA gücündə transformatorda təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 13:00-dək rayonun bir sıra yaşayış məntəqələri və şəhər ərazisinin bəzi hissələrində elektrik […]