Naməlum ABŞ təyyarəsi Rusiyanın hava məkanından Qazaxıstana uçub

Oxunma vaxtı:18 Saniyə

ABŞ-ın “Andrews” hərbi hava bazasından havaya qalxan naməlum təyyarə Murmansk vilayəti üzərindən Rusiya hava məkanına daxil olub.

Bu barədə “Ura” “Flightradar24” xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum təyyarə Rusiyadan əvvəl Qrenlandiya, Norveç və Finlandiya üzərindən uçuş həyata keçirib.

Bildirilir ki, Moskva vaxtı ilə saat 09:10-da təyyarə Qazaxıstan hava məkanına daxil olub və hazırda ordadır.

Loading

Next Post

Prezident İlham Əliyevin ABŞ səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.