Sahibə Qafarova Türkiyəyə işgüzar səfər edib

Oxunma vaxtı:28 Saniyə

İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gedib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya bildirilib ki, S.Qafarova burada “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək Qlobal Parlament Konfransında iştirak edəcək.

İstanbul Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərində baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər iyunun 21-də başa çatacaq.

Loading

Next Post

Milli Məclisin iyunun 22-də keçiriləcək iclasının gündəliyi dəyişib

Milli Məclisin iyunun 22-də keçiriləcək iclasının gündəliyi dəyişib. APA xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlərin sayı 18-dən 20-ə çatdırılıb. İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. “Dövlət Sosial Müdafiə […]