“Prezident funksiyalarımın icrasına davam edəcəyəm”

Oxunma vaxtı:30 Saniyə

Gürcüstanın sabiq dövlət başçısı Salome Zurabişvili “prezident funksiyalarını” icra etməyə davam edəcəyini açıqlayıb.

Zurabişvili bu barədə Tbilisidə brifinqdə danışıb. 

O, həmçinin işləyəcəyi ofisi təqdim edib: “Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı – red.) davamı olan yeni ofisdə qəbul etmək istəyirəm. Bu məkan Orbeliani sarayına bənzəməyə bilər, lakin burada prezidentin funksiyaları davam edəcək”.

Xatırladaq ki, ötən ilin dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib. 

Loading

Next Post

İlqar Mustafayevin həbs müddəti uzadıldı

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin korrupsiya ittihamı ilə həbs edilmiş sabiq sədri İlqar Mustafayevin cinayət işi üzrə 4 aylıq ilkin araşdırma müddəti kifayət etməyib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən səbəbdən prokuror məhkəməyə təqdimat verib. Təqdimatda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə təqdimatı təmin edib. Qərara […]