İşğal edilən ərazilərdə mədəni sərvətimizi məhv edənlər cinayət məsuliyyətinə cəlb edilməlidir – Komitə sədri

Oxunma vaxtı:1 Dəqiqə, 2 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad edilir. Biz inanırıq ki, müzəffər Azərbaycan ordusu torpaqlarımızın bütövlüyünü və suverenliyini bərpa edəcək.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev xarici mətbuatdakı müsahibələrində Azərbaycan dövlətinin siyasətini və baş verən hadisələri çox ardıcıl şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırır: “Prezident Azərbaycanın ünvanına səsləndirilən xoşagəlməz məsələlərə də aydınlıq gətirir. Bir daha diqqətə çatdırır ki, Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizədə həmişə ön sırada dayanıb. Bir faktı mən diqqətə çatdırmaq istəyirəm ki, 2001-ci ilin sentyabr ayında ABŞ-da terror hadisəsi zamanı hələ AŞPA-da Avropa ölkələri susanda o zaman nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev məsələ qaldırdı və bildirdi ki, biz bu məsələyə susmalı deyilik və terrorizmə qarşı mübarizədə qüvvələrimizi səfərbər etməliyik”.

B.Əliyev vurğulayıb ki, bu sözlər hələ o zaman deyilmiş və Azərbaycan xalqının, dövlətinin iradəsi ortaya qoyulmuşdu: “Bu gün torpaqlarımız işğaldan azad edildikcə biz görürük ki, bizim bütün kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz darmadağın edilib. Mədəni sərvətimiz məhv edilib. Düşünürəm ki, bu məsələlərlə bağlı sənədləşmə aparılmalı, cinayət işləri qaldırılmalı, bu işdə əli olmuş bütün insanlar cinayət məsuliyyətinə cəlb edilməli və onlar haqqında tədbirlər görülməlidir”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbayca Ordusu dünya hərb tarixinə yeni səhifə yazır - Sahibə Qafarova

Azərbayca Ordusu dünya hərb tarixini yeni səhifə yazır. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib. S.Qafarovanın sözlərinə görə, son bir ay ərzində həyata keçirilən hərbi əməliyyatlar göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Sədr bildirib ki, düşmənin uzun […]