Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırıldı

Oxunma vaxtı:33 Saniyə

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Qeyd edək ki, indiyə qədər bu say 400 nəfər idi.

Bundan başqa, Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.

Loading

Next Post

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Avqustun 13-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı […]