Kamran Əliyev: Özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməməsinə çalışırıq

Oxunma vaxtı:22 Saniyə

Özəl sektorda fəaliyyət göstərən şirkətlər bəzən baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğa müraciət etmək istəmirlər.

Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.

K.Əliyev əlavə edib ki, Baş Prokurorluq onların müdafiəçisi qismindədir:

“Prokurorluq qanunların dəqiq və dürüst icra olunmasına nəzarət edən qurumdur. Özəl sektorla bağlı müraciətlərlə bağlı açıq aydın cinayət əməli olmayanda digər dövlət qurumlarına yönəldilir. Çalışırıq ki, özəl sektorun fəaliyyətinə heç bir müdaxilə edilməsin, zərurət olmadığı halda qarışılmasın”.(Report)

Loading

Next Post

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar. “O, hətta ən pis […]