KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır

Oxunma vaxtı:29 Saniyə

Ermənistanın hakim “Mülki müqavilə” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar.

“O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki “öz” adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi “qurban” verə biləcəyini sual ediblər”, – nəşr qeyd edir.

Daha əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirmişdi.

Loading

Next Post

İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq

Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı […]