Ermənistan MN aksiyadakı hərbi formalı şəxslərin kimliyini araşdırır

Oxunma vaxtı:27 Saniyə

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi Tavuş vilayətinin Xeyrımlı (Kirants) kəndində aksiya iştirakçılarına qoşulan bir qrup hərbi formalı şəxsin kimliyini araşdırır.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb. 

Məlumatda bildirilir ki, Silahlı Qüvvələrin siyasi proseslərə cəlb edilməsi cəhdlərinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrin erməni seqmentində Xeyrımlıda keçirilən aksiyaya müqavilə əsasında xidmət edən hərbçilərin qoşulduğu barədə məlumat yayılıb.

Onu da xatırladaq ki, Ermənistanda bir neçə gündür Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir. Aksiya zamanı sakinlər bir neçə avtomobil yolunu bağlayıb. Etirazçılar arasında saxlanılanlar var.

Loading

Next Post

“Təhsil almağını istəyirəm” - 17 yaşlı oğlanla qaçan qızın atası

Aprelin 17-də Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən çıxıb və evə qayıtmayıb. Ata qızının özündən bir yaş böyük oğlanla qaçdığını deyib. Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb kursuna gedirdi. O, həmçinin qızının təzyiq altında olduğunu qeyd edib. Məsələ […]