“Təhsil almağını istəyirəm” – 17 yaşlı oğlanla qaçan qızın atası

Oxunma vaxtı:22 Saniyə

Aprelin 17-də Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən çıxıb və evə qayıtmayıb.

Ata qızının özündən bir yaş böyük oğlanla qaçdığını deyib.

Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb kursuna gedirdi.

O, həmçinin qızının təzyiq altında olduğunu qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanunamüvafiq tədbirlər görüləcək.

Loading

Next Post

Hindistanda atışma olub, iki polis ölüb

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF – hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb. Bu barədə NDTV məlumat yayıb. Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb. Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı […]