Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb

Oxunma vaxtı:43 Saniyə

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə gpndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

Nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.

Qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir. O, əsasən pomidor, bibər, kartof kimi tərəvəz bitkilərinin, həmçinin qara itburnu (Solanum nigrum) və belena otu (Hyoscyamus niger) kimi yabanı otların köklərində yaşayır.

Zərərverici bitkilərin inkişafını zəiflədir, gövdə və yarpaqlar solğun rəng alır, sahədə sarımtıl ləkələr şəklində nematodun yaratdığı ocaqlar müşahidə olunur. Ən əsas əlaməti isə xırda ölçülü kartof yumrularıdır. Yoluxmadan təxminən beş il sonra sahədən məhsul götürmək mümkün olmaya bilər.

Loading

Next Post

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər); 2. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 3. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; […]