Hindistanda atışma olub, iki polis ölüb

Oxunma vaxtı:18 Saniyə

Hindistanın Mərkəzi Ehtiyat Polis Qüvvələrinin (CRPF – hərbiləşdirilmiş polis strukturu) azı iki üzvü yaraqlıların hücumu nəticəsində ölüb.

Bu barədə NDTV məlumat yayıb.

Bildirilib ki, hadisə Manipur ştatının şimal-şərqindəki Vişnupur rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının daha iki üzvü ağır yaralanıb.

Məlumata görə, Kuki qəbiləsinə mənsub olduğu güman edilən bir qrup yaraqlı təhlükəsizlik qüvvələrinin postlarına atəş açıb. Ekstremistlər hərbçilərə qumbara da atıblar.

Loading

Next Post

13 yaşlı İbrahimin meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, meyit nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.