Daşkəsəndə təbii FƏLAKƏT: 4 maşını və 2 avtobusu sel apardı

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Daşkəsən rayonu ərazisində 10 iyun saat 19:00 radələrində dolu, qasırğalı küləklə müşahidə olunan güclü leysan yağışları və çaylarda sel sularının çoxalması nəticəsində 4 körpü sökülüb dağılıb, yol, elektrik, rabitə təsərrüfatlarına, fərdi avtomobillərə, əhalinin kənd təsərrüfatı ilə bağlı əkin, kartofçuluq, arıçılıq sahələrinə və yaylaqlarda vətəndaşların çoxsaylı mal-qarasına ciddi ziyan vurulub, bir sıra kəndlərdə ciddi fəsadlar törədərək təhlükəli vəziyyət yaranıb.
Güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayonun Çanaqçı, Alaxançallı, Suqovuşan və Almalı kəndləri ərazisindəki körpüləri söküb dağıtmış, həmin kəndlərin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Kənddaxili və kəndlərarası avtomobil yollarının xeyli hissəsi sıradan çıxararaq tam yararsız vəziyyətə düşüb, 4 şəxsi avtomobili və 2 kəndlərarası işləyən avtobusu sel sularının axını aparıb. 4 kənddə elektrik enerjisi təchizatı dayanaraq elektrik dayaqları aşaraq tam yararsız vəziyyətə düşüb.

Loading

Next Post

Azərbaycan Qran-prisinin ilk qalibləri mükafatlandırıldı

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibləri mükafatlandırılıb.  “ART Grand Prix” komandasından Frederik Vesti birinci, “Prema Racing”dən Jehan Daruvala ikinci, “Carlin”dən Liam Louson üçüncü olub. Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.