13 yaşlı İbrahimin meyiti tapıldı

Oxunma vaxtı:15 Saniyə

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, meyit nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Loading

Next Post

İlham Əliyev iki nazirə yeni vəzifə verdi 

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan Rəhbər iqtisadiyyat naziri (Mikayıl Cabbarov), alternativ Rəhbər isə maliyyə naziri (Samir Şərifov) təyin edilib. Onlara həmin Fondda Azərbaycanı təmsil etmək səlahiyyəti verilib.