Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Oxunma vaxtı:18 Saniyə

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyasında Paşinyanın cəfəng bəyanatlarını qətiyyətlə rədd edib

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, öz çıxışında bildirib: “Hamıya yaxşı məlum olduğu […]