Dəm qazından ölən ana və azyaşlı uşaqlarının FOTOSU

Oxunma vaxtı:34 Saniyə

Xəbər verdiyimi kimi, Masallı rayonunda ana və iki azyaşlı oğlunun meyitləri tapılıb. Rayonda yerləşən evlərin birində yaşayan 24 yaşlı Aytac Əzimova və onun iki azyaşlı övladının dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Masallı bələdiyyəsinin sədri Azər Baxışov Modern.az-a açıqlamasında bildirib ki, dəm qazından zəhərlənənlər Masallı rayon sakinləri deyil.

“Ana və azyaşlı uşaqları Masallı rayon qeydiyyatında olmayıblar. Onlar Şirvan rayon qeydiyyatındadırlar”, – o bildirib. Bələdiyyə sədrinin sözlərinə görə, ana və övladları rayonda kirayədə yaşayırmışlar.

Vəfat edən ana və azyaşlı oğlanlarının fotosunu təqdim edirik:

1330910

Loading

Next Post

Sosial mediada terrorla feyk məlumatlar yayıldı - Agentlikdən valideynlərə ÇAĞIRIŞ

Sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, yayılan məlumatlardan xəbərdardırlar. “Bildiririk ki, məsələ aidiyyəti qurumların […]