Şimali Makedoniya Prezidenti Azərbaycanla diplomatik pasport sahibləri üçün vizanın ləğvini təklif edib

Oxunma vaxtı:30 Saniyə

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Şimali Makedoniya və Azərbaycan arasındakı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqinin ləğv edilməsindən danışıb.

Prezident bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.

Qordana Silyanovska-Davkova bildirib ki, dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq:

“Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyətdir və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik”.

Loading

Next Post

Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair […]