Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Oxunma vaxtı:22 Saniyə

2024-cü il iyunun 7-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Loading

Next Post

50 İLİN MƏZUNLARI GÖRÜŞDÜ

Hələ onda bu dünyanın şərindən,Yalanından xəbərimiz yox idi.Qəm-qüssəmiz, kədərimiz bir damcı,Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pоzmaq da,Bizim üçün nə asandı, nə asan.Xəbərsizdik ömrümüzə biz hələ,Tale yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı,Min arzuyla alışırdıq, yanırdıq.Özümüzü biz hamıdan ağıllı,Özümüzü nə bəxtəvər sanırdıq… 17 İyul 2024-cü il. […]