Xankəndi Şəhər Prokurorluğu yaradıldı – SƏRƏNCAM

Oxunma vaxtı:17 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Nazirlər Kabineti, eyni zamanda, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Loading

Next Post

Rusiya-Ukrayna müharibəsində “bıçaq sümüyə dirənib” – Qalib kim olacaq?

Ukrayna-Rusiya cəbhəsi dünyanın ən qaynar bölgələrindəndir. Fevralın 24-də bu müharibənin ikinci ili tamam oldu. Maraqlıdır, Qərbin və ABŞ-ın Ukraynaya edilən yardımlarla Rusiyanı çökdürmək planı işə yarayacaqmı? Bu müharibənin sonu necə olacaq? Məsələyə münasibət bildirən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Bizim.Media-ya bildirib ki, Qərbin əsas mövqeyi Ukraynanın məğlubiyyətinə imkan verməməkdir: […]