Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq

Oxunma vaxtı:14 Saniyə


Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.

Loading

Next Post

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 27-də saat 08:00-dan işlər yekunlaşanadək, Pirallahı qəsəbəsinin bir hissəsinin, saat 10:00-dan işlər tamamlanana qədər isə Xəzər rayonunun Qala qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.