Ynet: HƏMAS və İsrail ilk növbədə azad ediləcək girovların sayını müzakirə edir

Oxunma vaxtı:22 Saniyə

İsrail nümayəndə heyəti Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair razılaşmanı müzakirə etmək üçün bazar ertəsi axşam Qətərə gedib.

Bu barədə Ynet xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Mənbə Ynetə bildirib ki, dekabrın sonuna qədər razılığa gəlmək üçün səylər davam edir.

“Təfərrüatların çoxu razılaşdırılıb. Lakin əsas mübahisə ilk mərhələdə azad edilməli olan girovların sayı ilə bağlıdır. Hazırda danışıqlar “girovların sayı və şəxsiyyəti üzərində cəmləşib”, – deyə o bildirib.

Loading

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,56% azalaraq 76,13 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,56 dollar təşkil edib.