Peskov: Zelenski Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər

Oxunma vaxtı:27 Saniyə

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Zelenski danışıqlar təklif edir. Putin deyib ki, bunlar Moskvada mümkündür. Bu bizim mövqeyimiz olaraq qalır və kifayət qədər məntiqli mövqedir”, – o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya tərəfinin iki ölkə prezidentləri arasında danışıqların keçirilməsi təklifinə cavab olaraq Zelenski Putinin Kiyevə gələ biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna müharibənin real vəziyyətdə başa çatması, həmçinin nəticəli ola biləcək görüş barədə konstruktiv şəkildə razılaşmaq istəyir.

Loading

Next Post

Səyahətdə qənaət ili: azərbaycanlı turistlərin xarici xərcləri azalıb - ARAŞDIRMA

Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xaricdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib. “Report”un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır. Xərclərin əsas hissəsi nəqliyyat və yerləşmə xidmətlərinin payına düşüb. Belə ki, nəqliyyata 745 milyon 25 min manat […]