Parlament sədri: Latviya Bakı ilə İrəvan arasında sülhün əldə olunmasında maraqlıdır

Oxunma vaxtı:25 Saniyə

Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır.

Bunu Latviya parlamentinin sədri Dayqa Mierinya Bakıda mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq ictimaiyyətin nümayəndələri Qarabağa nə qədər çox getsə, orada baş verənlərlə bağlı məlumatlılıq bir o qədər çox olar”, – o vurğulayıb.

D.Mierinya həmçinin Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib:

“Dünən Qarabağda biz regionun necə sürətlə inkişaf etdiyini gördük. Yeni hava limanları, məktəblər, binalar gördük. Şuşada da olduq. Qarabağ sürətlə dirçəlir və inkişaf edir, biz bunu görməyə səmimi qəlbdən şadıq” .

Loading

Next Post

Güllələnən Baş nazirin vəziyyəti yaxşılaşır

Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş müşahidə edilir. Bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzi məlumat yayıb. Qeyd olunur ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir. Xatırladaq ki, mayın 15-də Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, sinə və qarın […]