Kiyev qaranlığa qərq olub

Oxunma vaxtı:26 Saniyə

Ukrayna paytaxtı Kiyev şəhərində elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb və bu, tamamilə elektrik kəsilməsi ilə nəticələnib.

Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Uzun müddət davam edən elektrik kəsintiləri Kiyev ətrafındakı yanacaqdoldurma məntəqələrində növbələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, 13 yanvar gecəsi Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri ilə əlaqəli enerji infrastrukturuna və obyektlərinə kütləvi hava hücum edib.

Ukraynanın Energetika Nazirliyi Kiyev, Odessa, Xarkov, Dnepr və Çerniqov da daxil olmaqla bir neçə bölgədə elektrik enerjisinin kəsildiyini bildirib. Bu, enerji obyektlərinə dəyən ziyana görə baş verib.

Loading

Next Post

"Beş qurbağa mənim boynumda öldü, sağaldım"

“Dərman içmədən ‘zəhərli zob’dan xilas oldum”. Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” verilişində deyib. Sənətçi zəhərli zobdan qurbağa vasitəsilə xilas olduğunu bildirərək, hər kəsi təəccübləndirib: “İşimlə əlaqədar əsəb keçirirdim, uşaqlarla məşq prosesində istədiyim nəticəni almaq üçün çox çalışırdım. Aldığım stresslərin nəticəsində xəstələndim. Özümə söz verdim ki, dərman içməyəcəyəm. Allah […]