“Beş qurbağa mənim boynumda öldü, sağaldım”

Oxunma vaxtı:29 Saniyə

“Dərman içmədən ‘zəhərli zob’dan xilas oldum”.

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Gün ortası” verilişində deyib.

Sənətçi zəhərli zobdan qurbağa vasitəsilə xilas olduğunu bildirərək, hər kəsi təəccübləndirib:

“İşimlə əlaqədar əsəb keçirirdim, uşaqlarla məşq prosesində istədiyim nəticəni almaq üçün çox çalışırdım. Aldığım stresslərin nəticəsində xəstələndim. Özümə söz verdim ki, dərman içməyəcəyəm. Allah elə etdi ki, qarşıma bir insan çıxdı və mənim müalicəmlə məşğul oldu.

Məni qurbağa ilə müalicə etdi. Beş qurbağa mənim boynumda öldü. Artıq 7-8 ildir ki, o xəstəlikdən uzağam. Qurbağa sayəsində dərman qəbul etmədən zəhərli zobdan xilas oldum. Analizlər verirəm, qanım tərtəmiz çıxır”.(Milli.az)

Loading

Next Post

Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib. II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır. Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni […]