Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili dərslərinə başlanılır

Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.

II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.

Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.

Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.

Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.

Loading

Next Post

Paşinyan: TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir

TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı ölkələri səfirlərinin iştirakı ilə keçirilən konfransda TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı sənədi qiymətləndirərkən deyib. Paşinyan bildirib ki, layihənin həyata keçirilməsi regionda uzunmüddətli sülhə “yaşıl işıq” yandırır. O […]