Qanunsuz erməni silahlı birləşmələri Xankəndi yolu ilə nə daşıyır? 

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Qarabağda Ermənistanın qanunsuz silahlı birləşmələrinin hərbi nəqliyyatı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edir.

Bu barədə “Caliber” teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus bir çadırlı “Ural” və su çəni olan “KamAZ”, sütunun sonunda isə BTR-82A hərəkət edir. Sözügedən videoda hərbi maşınların üzərində Rusiya bayrağı qaldırılıb.

Kolonka qanunsuz erməni silahlı birləşmələrinin postlarını ərzaq, su və sursatla təmin etmək üçün hərəkət edir.

Loading

Next Post

Azərbaycanda media subyektlərinin vergilərdən azad edilməsi təsdiqləndi

Azərbaycanda media subyektləri vergilərdən azad edilib. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən […]