“İsrailin gələcəyi təhlükə altındadır” – Naftali Bennett

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

“İsrailin gələcəyi təhlükə altındadır”. 

Bunu İsrailin baş naziri Naftali Bennett “Twitter” hesabındakı paylaşımında deyib. 

“Xilasetmə hökumətinin formalaşdırılması məsuliyyətini öz üzərimə götürmək mənim üçün çətin seçim idi, lakin ölkənin gələcəyi təhlükə altındadır və biz xalqımızın birliyini qorumaq üçün mübarizə aparmalıyıq. Bizim başqa dövlətimiz yoxdur”, – deyə o,  paylaşımında bildirib. 

Mövcud hökumətin müxtəlif sahələrdə, o cümlədən COVİD-19, işsizlik və zorakılıqda uğur qazandığını iddia edən Bennet, hökumətinin keçən il iqtisadiyyatı 8 faiz böyütdüyünü, ərəb cəmiyyətində qətllərin sayının isə 30 faiz azaldığını qeyd edib.

Loading

Next Post

Portuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək

Portuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Portuqaliyanın baş naziri Antonio Kosta ilə birgə keçirdiyi brifinqdə bildirib.Ukrayna liderinin sözlərinə görə, bu, Portuqaliyanın Baş nazirinin müstəqillik əldə etdikdən sonra Ukraynaya ilk səfəridir. OZelenski Kosta ilə danışıqların kifayət qədər səmərəli keçdiyini vurğulayıb.“Ölkəmizə maliyyə yardımı göstərməyə hazırlığı yüksək qiymətləndirirəm. […]