Paşinyan: TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir

Oxunma vaxtı:27 Saniyə

TRIPP-in icrası Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycanı tam qane edir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ və Avropa İttifaqı ölkələri səfirlərinin iştirakı ilə keçirilən konfransda TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı sənədi qiymətləndirərkən deyib.

Paşinyan bildirib ki, layihənin həyata keçirilməsi regionda uzunmüddətli sülhə “yaşıl işıq” yandırır.

O vurğulayıb ki, artıq bu gün Cənubi Qafqaz təhlükəsiz bir mühitə çevrilib, xüsusilə də qlobal böhranlar fonunda.

Baş nazirin sözlərinə görə, TRIPP Ermənistan, ABŞ və ehtimal ki, Azərbaycan üçün faydalı olmaqla, regionda əməkdaşlıq və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.  

Loading

Next Post

Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ

Azərbaycanda yanvarın 15-də havanın fasilələrlə yağıntılı keçəcəyi, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° […]