Ərdoğan və Merts Ankarada qapalı formatda danışıqlar aparırlar

DogruSozTv Az
Oxunma vaxtı:18 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar.

Bu barədə Türkiyə Prezident administrasiyasının məlumatında bildirilib.

Bu, F.Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir.

Almaniya Kansleri daha əvvəl bildirib ki, iki ölkə arasında təkcə xarici siyasət və təhlükəsizlik məsələlərini deyil, həm də miqrasiya, energetika və ticarət məsələlərini əhatə edən xüsusi və çoxtərəfli münasibətlər var.

Loading

Next Post

Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərini ifadə edib. Bunu Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertslə birlikdə mətbuata bəyanatında deyib. “Bu gün apardığımız danışıqlarda NATO müttəfiqləri olaraq, ortaq maraqlarımız zəminində ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri müzakirə etdik. Həmçinin strateji hədəf kimi gördüyümüz Avropa […]