“Məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” – Video

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Hatayın Antakya rayonunda zəlzələ nəticəsində dağılan binanın altından 138 saat sonra çıxarılan Emine Doğulunun sözləri diqqət çəkib.

Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı qadının təcili yardım xidmətinin işçiləri ilə söhbəti hər kəsin marağına səbəb olub. Belə ki, o, təcili və təxirəsalınmaz tibbi yardım avtomobilində olarkən “Qurban olum, məni özəl xəstəxanaya aparmayın, pulum yoxdur” sözlərini deyib. Bunun qarşılığında tibbi personal ona ən yaxşı xidməti göstərəcəyini bildirib.

Emine Doğulu təcili yardım maşını ilə səhra xəstəxanasına yerləşdirilib.

Loading

Next Post

<strong>Laçın-Xankəndi yolundakı aksiyanın 65-ci GÜNÜ</strong>

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış beş gündür davam edir. Dogrusoztv.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da […]