Laçın-Xankəndi yolundakı aksiyanın 65-ci GÜNÜ

alfonsonri
Oxunma vaxtı:41 Saniyə

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altımış beş gündür davam edir.

Dogrusoztv.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Loading

Next Post

DSX-nin kursantı yol qəzasında ÖLDÜ - YENİLƏNİB

Ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi “QAZ-3102” markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 – cü il təvəllüdlü Laçın Mahmudovu vurub.  Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilir ki, hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla […]