Kuba Prezidenti ABŞ-nin yeni sanksiyalarını cinayət adlandırıb

Oxunma vaxtı:46 Saniyə

[center][img]https://azadmedia.az/uploads/posts/2026-05/1779165791_screenshot-2026-05-19-084101.png[/img][/center]
Kuba Prezidenti Miqel Dias-Kanel ABŞ administrasiyasının mayın 1-də verdiyi və üçüncü dövlətlər tərəfindən Kubaya neft tədarükünə qadağa qoyan icra fərmanını qeyri-əxlaqi, cinayətkar və qanunsuz olaraq xarakterizə edib.

Bu barədə Kuba lideri “X” sosial media hesabında yazıb.

“Kubaya yanacaq satmağa çalışan üçüncü ölkələri təqib etməyə və qorxutmağa yönəlmiş [ABŞ-nin Karib dövlətinə qarşı ticarət-iqtisadi] blokadasını misli görünməmiş miqyaslara çatdıran, Kubanın [iqtisadiyyatına] sərmayə qoymaqda və ya bizə ilk zərurət mallarının – ərzaq, dərman, gigiyena vasitələri və digərlərinin elementar tədarükündə maraqlı olan şirkətləri cəzalandıran icra fərmanı qeyri-əxlaqi, qanunsuz və cinayətkar xarakter daşıyır”, – Dias-Kanel qeyd edib.

Onun sözlərinə görə, Kuba əhalisinin məruz qaldığı kollektiv cəza “soyqırımı aktıdır”.

Qeyd edək ki, ABŞ administrasiyası mayın 1-də əlavə məhdudlaşdırıcı tədbirlər – Karib respublikasına yanacaq tədarük etməyi planlaşdıran dövlətlərə qarşı energetika sahəsində sanksiyaları nəzərdə tutan icra fərmanı tətbiq edib.

Loading

Next Post

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibə verib.Hemin müsahibəni təqdim edir.Müxbir: Cənab Prezident, hər zaman olduğu kimi Sizi yenidən görməyə çox şadıq. 182 ölkədən 40 mindən çox iştirakçı. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir. WUF13-ə ev sahibliyi etmək Azərbaycanın dayanıqlı şəhərsalmanın gələcəyinin formalaşdırılmasında beynəlxalq […]