Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki….

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Ukrayna əks-hücum əməliyyatını təxirə sala bilməz, çünki Kiyev soyuq havaların başlamasından əvvəl yay-payız dövründə irəliləyiş əldə etmək niyyətindədir.

Bu barədə “The Washington Post” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ukrayna bu yolla Qərb müttəfiqlərinə Rusiyaya müqavimət göstərməyə qadir olduğunu göstərmək istəyir.

Qəzetin mənbələri qeyd ediblər ki, əks-hücum əməliyyatı çoxlu sayda insan tələfatına və texnikanın itkisinə səbəb olacaq. Vəziyyət həmçinin Rusiyanın nəzarətində olan ərazilərə daha dərindən zərbələr endirmək üçün Qərb təyyarələrinin olmaması ilə daha da ağırlaşır.

Loading

Next Post

Bakıda dünya çempionu həbs edildi

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də […]