Türkiyə dünyaya 308 milyardlıq məhsul satacaq

Oxunma vaxtı:26 Saniyə

Türkiyənin dünya ixracındakı payını artıracağı gözlənilir və ixracın 2028-ci ilin sonuna qədər 308,5 milyard dollara çatacağı proqnozlaşdırılır.

Qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklərə baxmayaraq, ixrac yönümlü siyasətlərin davam etdirilməsi, bazarın şaxələndirilməsi strategiyaları və rəqabət qabiliyyətini artırmaq üçün atılan addımlar effekt verir.

Türkiyənin 2026-2028-ci illəri əhatə edən Avropa Birliyinə qəbuldan əvvəlki iqtisadi islahat proqramına görə, qlobal ticarət siyasətində artan qeyri-müəyyənliklər, xüsusən də son bir ildə hiss olunmağa başlayan tarif gərginliyi və proteksionist meyllər 2026-cı ildə qlobal ticarəti boğan amillər kimi diqqət çəkir.

Loading

Next Post

Deputat partiya sədri seçildi - ÖZƏL

Ana Vətən Partiyasının qurultayı başa çatıb. Partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.Faktı Modern.az-a partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib.